Səfir Elin Süleymanov Amerikadakı ən nüfuzlu yəhudi təşkilatının konfransında çıxış edib - FOTO

Səfir Elin Süleymanov Amerikadakı ən nüfuzlu yəhudi təşkilatının konfransında çıxış edib - <span style="color: red;">FOTO
# 03 mart 2015 07:51 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerikadakı ən nüfuzlu yəhudi diaspora təşkilatı - Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) 2015-ci il üçün siyasi konfransı keçirilir. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, illik əsasda təşkil edilən konfrans çərçivəsində martın 2-də Azərbaycan və İsrail arasındakı tərəfdaşlıq münasibətlərinə həsr edilmiş “Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu” adı altında xüsusi seminar keçirilib. Hayfa Universitetinin professoru, hal-hazırda ABŞ-ın məşhur Corctaun Universitetinin araşdırmaçısı kimi fəaliyyət göstərən Brenda Şaferin moderatorluğu ilə keçirilən seminarda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edib.

E. Süleymanov çıxışında dünyanın bir çox bölgələrində radikalizm meyllərinin gücləndiyi bir zamanda Azərbaycanın tolerantlıq ənənələri ilə gündəmə gəldiyi, ölkədə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların, o cümlədən yəhudi icmasının sülh və əmin-amanlıq içərisində yaşadığını vurğulayıb. O, xalqlar arasındakı uzun əsrlərdən bəri davam edən dostluq münasibətlərinə söykənən Azərbaycan-İsrail münasibətlərinin tərəfdaşlıq xarakteri daşıdığını və ölkə rəhbərliyinin uzaqgörən siyasəti sayəsində son illər bu münasibətlərin daha da sürətlə inkişaf etdiyini deyib. Diplomat hazırkı geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzunmüddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulduğunu bəyan edərək, bəzi hallarda Azərbaycan kimi tərəfdaşların regionda sülh və təhlükəsizliyə töhfələrinin lazımınca qiymətləndirilmədiyi və ikili standartların tətbiq edildiyini təəssüflə nəzərə çatdırıb.

AIPAC konfransında ABŞ və dünyanın müxtəlif ölkələrindən 16000-dən çox nümayəndə, akademik dairə və ictimai təşkilat mənsubları, ABŞ Konqresinin 300-dən çox üzvü, habelə bir sıra yüksək vəzifəli rəsmilər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR