“ASAN xidmət”: İndiyədək yanan binanın sakinlərindən 65 müraciət daxil olub

“ASAN xidmət”: İndiyədək yanan binanın sakinlərindən 65 müraciət daxil olub
# 22 may 2015 10:14 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən “ASAN xidmət”-in informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov bildirib ki, Səyyar “ASAN xidmət”ə indiyə qədər müxtəlif xidmətlərlə bağlı 65-ə yaxın müraciət daxil olub: “Bunlar əsasən, şəxsiyyət vəsiqələrinin, mənzillər üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların bərpası və Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan kompensasiya ilə bağlı etibarnamə və razılığın verilməsi ilə bağlı olub”.

A.Hüseynov qeyd edib ki, kompensasiya ilə əlaqədar olaraq Səyyar “ASAN xidmət”ə 17 müraciət daxil olub.


Qeyd edək ki, prezident İlham Əliyevin tapşırığına əsasən, yanğın baş verən çoxmərtəbəli binada sənədləri yanmış və ya korlanmış sakinlərə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilir.

Səyyar şəkildə göstərilən xidmətlər aidiyyəti dövlət qurumları tərəfindən təqdim olunur. Bu xidmətlərə Notariat fəaliyyəti, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Sürücülük vəsiqələrinin dəyişdirilməsi, Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Xidmətlər 22 may 2015-ci il tarixindən etibarən baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış qərargahın yanında Səyyar avtomobillər və iritutumlu avtobus vasitəsilə həyata keçirilir.

Səyyar ASAN xidmətin iş qrafiki Həftənin bazar ertəsi - cümə günləri saat 10.00-dan 20.00-dək, şənbə və bazar günləri isə saat 10.00-dan 17.00-dək (nahar fasiləsi olmadan) həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR