Bakıda yeni ATS-lər istifadəyə verilib

Bakıda yeni ATS-lər istifadəyə verilib
# 27 may 2015 11:54 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (“Baktelekom”) 28 May - Respublika Günü münasibətilə yeni ATS-lər istifadəyə verib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Binəqədi qəsəbəsinin yeni salınmış 1 888 abunə tutumu və 256 internet tutumu olan yeni ATS istifadəyə verilib.

Bununla yanaşı, Yeni Zığ qəsəbəsində abunə tutumu 1 888 və internet tutumu 928 port, Yeni Balaxanı qəsəbəsində abunə tutumu 1 888 nömrə, internet tutumu 416 port və Nizami rayonunun Q.Qarayev yaşayış massivi sakinləri üçün isə abunə tutumu 1 888 nömrə və internet tutumu 384 port olan NGN tipli ATS-lər quraşdırılıb.

Onu da qeyd edək ki, I Avropa Oyunlarını yüksək keyfiyyətli və müasir telekommunikasiya xidmətləri ilə təmin etmək üçün isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən 100 km-dən artıq kabel-kanalizasiya qurğuları tikilib, 250 km-dən çox kabel çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR