Yaponiyada “quş qripi” təhlükəsi üzündən 4 min toyuq məhv ediləcək

Yaponiyada “quş qripi” təhlükəsi üzündən 4 min toyuq məhv ediləcək
# 16 dekabr 2014 08:38 (UTC +04:00)

Bakı – APA. Yaponiyada quşçuluq müəssisələrinin birində “quş qripi” virusu aşkarlanıb.

APA-nln “The Japan Times” nəşrinə istinadən verdiyi məlumata görə, bu üzdən 4 min toyuğun 5 saat ərzində məhv etmək qərara alınıb.

Analizlərin nəticələri toyuqların H5 virusuna yoluxduğunu təsdiqləyib.

Qeyd edək ki, dünən müəssisələrin birində 16 ölü toyuq aşkarlanıb. Srağagün isə daha 10 ölü toyuq tapılıb. Lakin onlarda “quş qripi” virusu aşkarlanmayıb.

Yerli hakimiyyət strukturlarının qərarı ilə virusun aşkarlandığı ərazidə 3 kilometrlik karantin zonası yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR