Bakı metrosunda ölən şəxsin kimliyi bəlli olub - VİDEO

Bakı metrosunda ölən şəxsin kimliyi bəlli olub - <span style="color: red;">VİDEO
# 11 mart 2015 07:14 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün səhər saatlarında metronun “Gənclik” stansiyasında ölüm faktı qeydə alınıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin APA-ya verdiyi məlumata görə, həyatını itirən şəxs 1951-ci il təvəllüdlü, Göyçay rayon sakini Bağırov Sabir Balamirzə oğlu olub.

“Hadisə 08:03 radələrində qeydə alınıb. Mərhum özünü pis hiss edib. Metropoliten əməkdaşları vəziyyəti pisləşən sərnişinə ilkin yardım göstərsələr də, təcili tibbi yardım gələnə kimi artıq vəfat edib”, - deyə N. Paşayev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, artıq hüquq-mühafizə orqanları da hadisə yerində olub və müvafiq araşdırma aparıblar.

Mərhumun meyiti ailə üzvlərinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR