Prezident İlham Əliyev Bakıdakı 46 nömrəli məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış olub - VİDEO

Prezident İlham Əliyev Bakıdakı 46 nömrəli məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış olub - <span style="color: red;">VİDEO
# 29 avqust 2014 10:06 (UTC +04:00)

APA – nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə görülən işlər barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, 46 nömrəli tam orta məktəbin binası 1969-cu ildə inşa olunub. Dörd mərtəbədən, 65 sinif otağından ibarət məktəb 1560 şagird yerlikdir. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımı avadanlıq və ləvazimatla təchiz olunub. Məktəbdə vergilər mövzusunda dərslərin keçirilməsi üçün xüsusi kabinetlər də yaradılıb. Məktəbdə ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Ətraf ərazilərdə abadlıq və quruculuq işləri həyata keçirilib.

Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarını gəzib, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR