“DəmirTaksit” kart sahibləri üçün keçirilən aksiya davam edir

“DəmirTaksit” kart sahibləri üçün keçirilən aksiya davam edir
# 10 dekabr 2014 12:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “DəmirBank”ın təqdim etdiyi “DəmirTaksit” kart sahibləri üçün keçirilən “Xallar” aksiyası davam edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiyada ən çox xal toplamış kart sahiblərinə müxtəlif hədiyyələr veriləcək. Belə ki, 1-ci və 2-ci yerlərin sahibinə Türkiyəyə səyahət bileti, 3-cü, 4-cü, 5-ci yer sahiblərinə notebook (HP ProBook 4540s), 6-cı, 7-ci, 8- ci, 9- cu və 10-cu yerlərin qaliblərinə “Apple İpad Air” (16 GB), 11-20-ci yer sahiblərinin hər birinə isə “Samsung GALAXY S4 mini duos” telefonu təqdim ediləcək.

Qeyd edək ki, “DəmirTaksit” kartı ilə edilmiş hər 1 manatlıq əməliyyat kart sahibinə 1 xal qazandırır. Eyni xalı bir neçə müştəri toplayarsa, əməliyyatı daha əvvəl etmiş müştəri qalib sayılır.

“Xallar” aksiyası dekabrın 27-nə qədər davam edəcək.

27 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR