Sabah Bakının və Abşeronun bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq

Sabah Bakının və Abşeronun bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq
# 19 dekabr 2014 11:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah Bakının və Abşeron rayonun bəzi qəsəbələrində içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Böyükşor gölünün ətraf ərazilərində aparılan tikinti-abadlıq işləri çərçivəsində magistral su xətlərinin köçürülməsi ilə əlaqədar dekabrın 20-də gün ərzində Saray, Yeni Biləcəri yaşayış massivlərinin, Keşlə qəsəbəsinin, Böyükşor gölünün ətrafındakı ərazilərin bir hissəsinə içməli su məhdudiyyətlərlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR