Rustavidə təbii qaz borusu qəzaya uğrayıb

Rustavidə təbii qaz borusu qəzaya uğrayıb
# 04 mart 2013 13:29 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Artıq ikinci gündür ki, Rustavi şəhəri qazsız qalıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Kür çayından keçən qaz borusunda qəza nəticəsində qaz borusunun körpüdən keçən hissəsi zədələnib və boru suya düşüb.

Şəhər sakinlərinin APA-ya verdiyi məlumata görə, şəhərin böyük yaşayış hissəsi iki gün təbii qazla təmin edilməyib. “Rustavi Qaz” şirkətinin texniki şöbəsinin müdiri Rostom Çerçvadze APA-ya bildirib ki, Rustaviyə qaz verilişi bərpa olunub: “Dünən gecədən qəzanı aradan qaldırmaq üçün briqadalarımız işləyir. Hazırda Kür çayının üstündən keçən qaz borusu bərpa edilib və Rustavi şəhərinə qaz verilib”.

Qeyd edək ki, Rustavi şəhərində 14 mindən çox soydaşımız yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR