Azərbaycanda 18 il əvvəl qətl törədən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Azərbaycanda 18 il əvvəl qətl törədən şəxs məhkəmə zalından azadlığa buraxılıb
# 15 may 2015 14:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 18 il əvvəl qətl törətməkdə təqsirləndirilən Varis Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə V. Səmədov barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hakim bildirib ki, işə xitam verilməsinin səbəbi cinayətin törədildiyi vaxtdan 18 il keçməsidir.

Qeyd edək ki, V. Səmədov 1997-ci ildə Zülfüqar Ağalarovu odlu silahla öldürərək Rusiyaya qaçıb. Orada adını və soyadını dəyişib. Azərbaycanda barəsində axtarış elan edilib. Bu il isə V. Səmədov Bakıya gələrək istintaqa təslim olub.


O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 228-ci (odlu silah saxlama) maddələrinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR