Türkiyənin sərnişin təyyarəsi Nepalın Katmandu hava limanında zolaqdan çıxıb - FOTO

Türkiyənin sərnişin təyyarəsi Nepalın Katmandu hava limanında zolaqdan çıxıb - <span style="color: red;">FOTO
# 04 mart 2015 07:49 (UTC +04:00)

Bakı – APA. Türk Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsi Nepal paytaxtına enərkən uçuş-enmə zolağından kənara çıxıb. APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, İstanbul-Katmandu reysi ilə uçan təyyarə Katmandu hava limanına enərkən naməlum səbəbdən zolaqdan çıxaraq torpaq sahəyə daxil olub. Nəticədə 1 sərnişin xəsarət alıb.

Bütün sərnişinlər təyyarədən təxliyyə edilib. Təyyarədə ümumən 223 sərnişin olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR