Türk Şurasının Azərbaycanda keçiriləcək III zirvə toplantısının tarixi açıqlanıb

Türk Şurasının Azərbaycanda keçiriləcək III zirvə toplantısının tarixi açıqlanıb
# 03 may 2013 14:36 (UTC +04:00)

APA-nın məlumatına görə, toplantının avqustun 15-də keçirilməsi nəzərdə tutulub. Bir gün sonra isə Türk Şurasına daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşü baş tutacaq.

İştirakçı ölkələrin dövlət və hökumət başçıları quruma üzv ölkələr (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan) arasında münasibətləri daha da gücləndirmək istiqamətində müzakirələr aparacaqlar. Sammit çərçivəsində müxtəlif sazişlərin imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Türk Şurasının II zirvə toplantısı ötən il Bişkekdə keçirilib. Toplantıda Türkiyə prezidenti Abdullah Gül, Qırğızıstan prezidenti Almazbek Atambayev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycanın baş naziri Artur Rəsizadə və Türkmənistan Elmlər Akademiyasının prezidenti Burbanmirat Mezilov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR