Azərbaycan samboçuları Avropa çempionatında iki medal qazanıblar

Azərbaycan samboçuları Avropa çempionatında iki medal qazanıblar
# 18 may 2015 18:13 (UTC +04:00)

Bakı-APA Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən sambo üzrə Avropa çempionatında Azərbaycan millisi iki medal qazanıb.

APA-nın məlumatına görə, çempionatda Azərbaycanı 10 idmançı təmsil edib.

Sambo yarışlarında Emil Həsənov (68 kq), döyüş sambosunda isə Fərid Yusifov (57 kq) bürünc medallara sahib olublar.

Yarışların idarə olunmasında ölkəmizi Cabir İsmayılov təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR