“Neftçi” Rusiyaya 20 futbolçu ilə gedir

“Neftçi” Rusiyaya 20 futbolçu ilə gedir
# 06 may 2015 08:17 (UTC +04:00)

Bakı – APA. 19 yaşadək futbolçulardan ibarət yığma komandamızın baş məşqçisi Nazim Süleymanovun 50 illik yubileyi münasibətilə “Neftçi” ilə “Alaniya” arasında keçiriləcək oyunun tarixi məlum olub. Bunu apasport.az saytına Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev deyib.

O bildirib ki, veteran futbolçularımızdan ibarət komanda mayın 23-də Rusiyaya yola düşəcək. Ertəsi gün isə Vladiqafqazda “Alaniya” ilə “Neftçi” veteranları arasında şou xarakterli görüş baş tutacaq.

Səfərə yollanacaq heyət də artıq bəllidi. “Alaniya” önünə “Neftçi”nin aşağıdakı futbolçuları çıxacaq: Nazim Süleymanov, Rüstəm Rəhimov, İsgəndər Cavadov, Maşallah Əhmədov, Vəli Qasımov, Dmitri Kramarenko, Rauf Əmirov, Asim Xudiyev, Novruz Əzimov, Şahin Diniyev, Musa Qurbanov, Əbdülqəni Nurməmmədov, Mehman Allahverdiyev, Vidadi Rzayev, Təbriz Həsənov, Əsgər Abdullayev, Yaşar Vahabzadə, Babək Alxasov, Cəmaləddin Əliyev və Hüseyn Məhəmmədov. Komandaya Oqtay Abdullayev və Ağasəlim Mircavadov başçılıq edəcək.

“Alaniya”nın heyəti hələ açıqlanmasa da, Nazim Süleymanovla həmin klubda birlikdə oynamış futbolçuların iştirakı gözlənilir. Süleymanov çox güman ki, hər hissədə bir komandanın formasını geyinəcək.

Qeyd edək ki, “Alaniya” ilə “Neftçi” veteranları arasında Bakıda da oyun keçiriləcək. Lakin bu matçın dəqiq tarixi hələ məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR