I Avropa Oyunları ilə əlaqədar Bakıya gətirilən yeni marşrut avtobusları xəttə buraxılıb

I Avropa Oyunları ilə əlaqədar Bakıya gətirilən yeni marşrut avtobusları xəttə buraxılıb
# 24 dekabr 2014 08:09 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, artıq 25 ədəd Türkiyə istehsalı olan “İsuzu” markalı avtobuslar 65 saylı xətt marşrutu üzrə (9-cu mikrorayondan “Azneft” meydanı istiqamətində) hərəkət edirlər.

Digər 25 ədəd avtobus isə yaxın günlərdə 61 saylı marşrut üzrə xəttə buraxılacaq.

Qeyd edək ki, müasir standartlara cavab verən nəqliyyat vasitələri 5 il müddətinə kreditlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir.

Avtobusları Azərbaycana gətirən özəl şirkət ümumilikdə 200 avtobusun gətirilməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR