“Royal Sığorta” şirkətinin lisenziyası ləğv edilib

“Royal Sığorta” şirkətinin lisenziyası ləğv edilib
# 10 sentyabr 2014 08:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov-APA-Economics. Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti “Royal Sığorta” şirkətinin lisenziyasını ləğv edib.

Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, müvafiq qərar sentyabr ayının 8-də verilib.

Qurumdan bildirilib ki, “Royal Sığorta” ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar müəyyən olunmuş müddətdə aradan qaldırılmayıb. Məhz bu səbəbdən şirkətin lisenziyası sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR