“PAŞA Həyat Sığorta” iki iri sığorta ödənişi edib

“PAŞA Həyat Sığorta” iki iri sığorta ödənişi edib
# 05 iyul 2014 07:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli daha iki sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən məlumata görə, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində “PAŞA Həyat Sığorta”da sığortalanmış iki işçinin biri həyatını, digər işçi isə peşə əmək qabiliyyətinin 50%-ni itirib.

Müxtəlif vaxtlarda baş vermiş bədbəxt hadisələrə görə, ümumilikdə 56 901 min manat həcmində sığorta ödənişi verilib. Belə ki, şirkət tərəfindən istehsalat zamanı vəfat etmiş şəxsin ailəsinə 16 799 min manat, peşə əmək qabiliyyətinin 50%-ni itirən şəxsin ailəsinə isə 40 102 min manat həcmində birdəfəlik ödənişlər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR