"AB Standard" ötən ili zərərlə başa vurub

"AB Standard" ötən ili zərərlə başa vurub
# 06 iyul 2015 08:00 (UTC +04:00)

Bakı - APA-Economics. "AB Standard" QSC 2014-cü ildə aktivlərini 10,16% artıraraq 1 mlrd. 214,587 mln. manata çatdırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə QSC-nin konsolidə edilmiş maliyyə hesabatında qeyd edilib.

Aktivlərin tərkibində ən böyük paya bank fəaliyyətindən müştərilərə verilmiş borclar tutur - 806,094 mln. manat.

Hesabat dövründə QSC-nin öhdəlikləri 1 mlrd. 116,924 mln. manat olub ki, bu da 2013-cü ilin yekunu ilə müqayisədə 12% çoxdur.

Öhdəliklərin tərkibinə nəzər salanda məlum olur ki, burada ən iri pay sahibi müştərilər tərəfindən depozitlər və cari hesablaşmalardır - 741 mln. 935,12 min manat. QSC-nin Azərbaycan Mərkəzi Bankının qarşısında olan öhdəliklərinin həcmi 211 mln. 551,9 min manatdır. Kredit təşkilatları qarşısında olan öhdəliklərin həcmi 56,004 mln. manat, sair öhdəliklər 41 mln. 845,43 min manat, sığorta fəaliyyətindən yaranan digər öhdəliklər 11,024 mln. manat təşkil edir.

Müəssisənin nizamnamə kapitalı dəyişməyərək 22,350 mln. manat səviyyəsində qalıb. QSC-nin məcmu kapitalı ötən il ərzində 41,2% artaraq 90 mln. 288,88 min manat olub.

Şirkətlərin qrupu ötən ili 117,090 min manatlıq xalis zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR