Göyçayda “Mercedes” elektrik dirəyinə çırpılıb, 2 nəfər xəsarət alıb

Göyçayda “Mercedes” elektrik dirəyinə çırpılıb, 2 nəfər xəsarət alıb
# 08 iyul 2016 08:09 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonu ərazisində avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 00:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 205-ci kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb. Göyçay şəhər sakini 1956-cı il təvəllüdlü Həmidov Fərman Abdulhüseyn oğlunun idarə etdiyi 10-SF-636 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə və ağaca çırpılıb.

Sürücü Fərman Həmidov və sərnişini, 1961-ci il təvəllüdlü Mirvari Həmidova xəsarət alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə zamanı elektrik dirəyi aşıb, avtomobil yararsız hala düşüb.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR