Olimpiyaçımız Koreyada hazırlığa başladı

Olimpiyaçımız Koreyada hazırlığa başladı
# 08 iyun 2016 10:20 (UTC +04:00)

Bakı – APA. Azərbaycan taekvondoçuları Cənubi Koreyaya yollanıblar. Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət yığmamızın baş məşqçisi Sun Mi Park 2 idmançımızın Asiyada hazırlıq keçməsini məqsədəuyğun hesab edib.

Çalışdırıcı Rio Olimpiadasına lisenziyanı təmin edən Patimat Abakarova (49 kq), həmçinin Yaprak Erisə (62 kq) məşqləri Koreyada keçəcək. Hazırlıq iyulun 8-dək davam edəcək.

Qeyd edək ki, Olimpiadaya lisenziya qazanan Fəridə Əzizova (67 kq) Rioya şəxsi məşqçisinin rəhbərliyi altında hazırlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR