Berlində marixuananın leqallaşdırılmasına dəstək yürüşü keçirilib

Berlində marixuananın leqallaşdırılmasına dəstək yürüşü keçirilib
# 08 avqust 2015 21:58 (UTC +04:00)

Bakı-APA. Almaniyanın paytaxtı Berlində 8 min nəfər marixuananın leqallaşdırılmasına dəstək yürüşü keçirib. APA-nın “Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları marixuananın tibbi, sənaye məqsədlər üçün və şəxsi istifadə üçün leqallaşdırılmasını tələb ediblər.

Aksiya iştirakçıları mərkəzi vağzaldan Brandenburq darvazasınadək yürüş ediblər. Aksiya konsertlə yekunlaşıb.

Almaniya kansleri Angela Merkel marixuananın leqallaşdırılması təklifinin əleyhinə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR