“Saxo Bank”: Rusiya hökuməti defolt elan etmək məcburiyyətində qalacaq

“Saxo Bank”: Rusiya hökuməti defolt elan etmək məcburiyyətində qalacaq
# 11 dekabr 2014 12:04 (UTC +04:00)

APA-Economics”in “Financial Times” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Danimarka “Saxo Bank”ının hesabatında bildirilir.

Bank analitikləri hesab edir ki, iqtisadi böhran yaşayan Rusiya 1998-ci ildə olduğu kimi “hər şeyi ağ vərəqdən” başlamamalı olacaq.

Hesabatda bildirilir ki, Rusiyanın bəzi dövlət şirkətləri iflasa uğramaq astanasındadır. Bundan başqa, danimarkalı bankirlərin proqnozlarına görə, bu gedişlə Rusiya hökuməti defolt elan etmək məcburiyyətində qalacaq.

“2015-ci ilin sonuna qədər Rusiya şirkətləri xarici öhdəliyə görə 134 mlrd. dollar ödəməlidir. Lakin həm özəl şirkətlər, həm də dövlət pul çatışmazlığından ehtiyatlanır. Bu isə vəziyyəti bir qədər də qəlizləşdirir”, - deyə hesabatda bildirilir.

Təbii ki, əsas səbəb kimi, bankirlərin bu cür pessimistik proqnozları ABŞ və Avropa İttifaqının Ukrayna münaqişəsinə görə, Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR