Dmitri Medvedev: “Rusiya üçün “Cənub axını” layihəsi prioritet olaraq qalır”

Dmitri Medvedev: “Rusiya üçün “Cənub axını” layihəsi prioritet olaraq qalır”
# 07 iyul 2014 16:39 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Hazırda “Cənub axını” layihəsi rəsmi Moskva üçün prioritet olaraq qalır”. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev deyib.

Medvedev bildirib ki, Rusiya “Cənub axını” layihəsinin reallaşdırılmasında qərarlıdır və bu məsələ rəsmi Moskvanın gündəmində prioritet olaraq qalmaqda davam edir.

“Sözügedən qaz kəməri layihəsi bizim üçün vacibliyini itirməyib. Bu, hətta Ukraynadakı hadisələr kontekstində də birmənalı olaraq tərəfimizdən vurğulanmaqdır”, - deyə hökumət başçısı qeyd edib.

Qeyd edək ki, “Cənub axını” layihəsi Qara dəniz vasitəsilə Rusiyadan Avropa ölkələrinə qaz çatdırılmasını nəzərdə tutan boru xətti layihəsidir. Rusiyanın Cubqba limanından Bolqarıstan sahillərinə qədər uzanacaq boru xəttinin 2015-ci ilin dekabrında istifadəyə verilməsi nəzərdə tutulur. “Cənub axını” vasitəsi ilə Bolqarıstan, Serbiya, Macarıstan, Avstriya, İtaliya və Serbiyaya ildə 63 milyard kubmetr qaz ixrac etmək mümkün olacaq. Layihənin dəyəri 25 milyard ABŞ dolları təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR