Gürcüstan əhalisinin 62%-i Prezidentin impiçmentinin əleyhinədir

Gürcüstan əhalisinin 62%-i Prezidentin impiçmentinin əleyhinədir
# 28 sentyabr 2023 18:41 (UTC +04:00)

Gürcüstan əhalisinin 62%-i Prezidentin impiçmentinin əleyhinədir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Edison Research” tərəfindən həyata keçirilmiş ictimai rəy sorğusunun nəticəsində qeyd edilib. Bildirilib ki, sorğu iştirakçılarının 62%-i Prezident Salome Zurabişvilinin impiçmentinin əleyhinə, 38%-i isə lehinə olduğunu bildirib.

Ümumilikdə yaşı 18-dən çox olan 1500 nəfərin iştirak etdiyi soğru ölkənin müxalifyönümlü Formula telekanalının sifarişi əsasında həyata keçirilib.

Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası sentyabrın əvvəlində Prezident Salome Zurabişvilinin Konstitusiyanı pozmasını əsas gətirərək onun impiçmenti proseduruna başlayıb. İş artıq ölkənin Konstitusiya Məhkəməsinə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR