Sabirabadda 22 yaşlı gənc itkin düşüb - FOTO

Sabirabadda 22 yaşlı gənc itkin düşüb - <span style="color: red;">FOTO
# 24 avqust 2015 16:48 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabadda 22 yaşlı fiziki qüsurlu gənc itkin düşüb.


APA-nın xəbərinə görə, Sabirabad rayonunun Qalaqayın kənd sakini, 1993-cü il təvəllüdlü, fiziki qüsurlu (lal-kar) Səmədov Xalid Rövşən oğlu 20 avqust saat 24.00 radələrində evdən çıxıb və geri qayıtmayıb. Atası bildirib ki, oğlunun əynində qara şalvar, ağ köynək olub. Gözlərinin rəngi qəhvəyi, boyu 180 sm, çənəsində çapığa bənzər tikiş yeri var.

X. Səmədovun itkin düşməsi barədə Sabirabad rayon Polis Şöbəsinə məlumat verilib. Polis əməliyyat-axtarış tədbirləri həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR