Sərbəst güləş üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının sabiq bolqarıstanlı məşqçiləri Filip Manolov və Simyon Atanasov baş prokuror Zakir Qaralov və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanlayıb.
ONA-nın əldə etdiyi xəbərə görə, F. Manolov müraciətində Güləş Federasiyasının baş katibi olmuş Əjdər Cəfərov tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia edir: "2014-cü ilin mayın 1-dən sərbəst güləş üzrə qadınlardan ibarət yığmanın məşqçi təyin olunmuşam və oktyabradək 5 ay müddətində məşqçi kimi işləmişəm. Qızım Elis Manolova 2014-cü ildən güləş üzrə Bolqarıstan yığma komandasından Azərbaycanın yığma komandasına transfer olunub və Azərbaycanın bayrağı altında çıxış edib.
Mənim aylıq əmək haqqım 2500 ABŞ dolları olub. Lakin həmin vaxt federasiyasının baş katibi olan Əjdər Cəfərov qarşımda şərt qoydu ki, əmək haqqımın yarısını, yəni 1250 ABŞ dollarını hər ay ona verməliyəm. Əks təqdirdə məni işdən azad edəcəyi ilə hədələdi. Məcburiyyət qarşısında qalıb, həmçinin qızımın karyerasına görə 5 ay müddətində onun qoymuş olduğu qayda ilə işlədim. Sonuncu dəfə mən pulu verəndə ona etirazımı bildirdim və dedim ki, gələn aydan pulu ödəməyəcəyəm. Belə olan halda, 2014-cü ilin oktyabr ayında o, məni məşqçi kimi işdən azad etdi və ultimatum verdi ki, mən Azərbaycanı tərk etməliyəm, əks təqdirdə mənə problemlər yaradacaq. Buna görə də mən Bolqarıstana qayıtmağa məcbur oldum”.
Mütəxəssis həmçinin iddia edir ki, bundan başqa, Əjdər Cəfərov Elis Manalovanın əldə etdiyi nailiyyətlərlə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ayrılan pul mükafatını da mənimsəyib.
S.Atanasovun imzaladığı müraciətdə isə baş katibə 100.000 ABŞ dolları verdiyini iddia edib: "Mən 2013-2014-cü illərdə Azərbaycan Güləş Federasiyasında əvvəl kişilərdən ibarət komandada, 2015-2017-ci illərdə qadınlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərmişəm. İşlədiyim dövrdə güləş üzrə Avropa və dünya çempionatlarında məşq etdirdiyim idmançıların göstərmiş olduqları nailiyyətlərə görə bizə müxtəlif məbləğlərdə pul vəsaiti şəkilində mükafatlar ödənilib. Həmin dövrdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində işləmiş Əjdər Cəfərov mənim qarşımda şərt qoyub ki, mən aldığım mükafatın 50 faiz hissəsini hər dəfə ona verməliyəm. Əks təqdirdə, məni işləməyimə imkan verməyəcəyi ilə hədələdi. Mən məcburiyyət qarşısında qalıb, hər dəfə aldığım mükafatların yarısını ona verirdim. Mənim Əjdər Cəfərova verdiyim pulların ümumi məbləği 100.000 ABŞ dolları olub. Bundan başqa, Əjdər Cəfərov 2015-ci ildə Bakı şəhərində keçirilən Birinci Avropa Oyunlarının qalibi olan tələbəm Anjela Doroqana da ödənilməli olan mükafatın 60.000 ABŞ dollarını alıb”.
Hər iki məşqçi müraciətlərinin sonunda Əjdər Cəfərovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsini və onun tərəfindən mənimsənilən pullarımın qaytarılmasını xahiş edib.
Əcnəbi məşqçilər Güləş Federasiyasının sabiq baş katibi ilə bağlı prokurorluğa müraciət edib
Xəbər Lenti
Heydər Əliyev adına Hərbi İnstitutda andiçmə mərasimi keçirilib - VİDEO
Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb
DİN: Ötən iki gündə 8 avtomat, 8 tüfəng aşkarlanıb
Bakı metrosunda qatarlararası intervallar azaldılır
Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim edilib
Rəşad Həsənov maliyyə nazirinin müşaviri təyin olunub
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
“Moody’s”: İlin sonunadək neftin qiyməti 90–110 dollar intervalında qalacaq
Sabah Bakıda 32 dərəcə isti olacaq
Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür
Gürcüstan DTX-nın rəhbəri istefa verib
Avstriyanın Tehrandakı diplomatik nümayəndəsi İran XİN-ə çağırılıb
FHN-in Aran Regional Mərkəzi təlim keçirib
Baş katib: Türk dünyasının dini liderlərinin bir yerə toplaşması böyük əhəmiyyət daşıyır
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb
İpotekaya ev alanda etibarlı sığorta şirkəti seçin
İran XİN sözçüsü: Səudiyyə Ərəbistanı Oman görüşünün keçirilməməsini istəyib
Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
Deputat: Ekipajın iş yükü və yorğunluğu reyslərin təhlükəsizliyinə birbaşa təsir edir
TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər
TDT Müsəlman dini liderlərinin 7-ci Görüşündə Bakı bəyannaməsi qəbul edilib
Rusiya Ermənistana qaz tədarükünü müvəqqəti dayandıracaq
MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək
Kamran Əliyev İƏT-ə üzv dövlətlərin Baş prokurorlarının iclasında iştirak edib
Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir
Ukraynanın istefa vermiş Baş prokuroru xaricə gedib
Küləkli havada kranlarla görülən işlərin dayandırılması və fasilə verilməsi yeni qaydada tənzimlənəcək
Nazir müavini: Qarabağda 100 min nəfər yaşayır, minalar insanların həyatını təhdid etməkdə davam edir
Ukraynanın Rusiyaya PUA hücumu nəticəsində iki nəfər ölüb, iki nəfər ağır yaralanıb
“Kapital Bank”ın səhmdar strukturunda dəyişiklik edilib
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO
DTX ilə Çinin İctimai Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanıb
Zelenski Ali Radadan Baş prokurorunun təcili vəzifədən azad edilməsini istəyib
Allahşükür Paşazadə şəriətdə süni intellekt məsələsinə münasibət bildirib
Bakı metrosunda qatarların hərəkətində problem aradan qaldırılıb - YENİLƏNİB
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Türkiyə Diyanət İşləri İdarəsinin sədri: Türk dövlətləri zərərli cərəyanlara qarşı ortaq strategiyalar hazırlamalıdır
Mərkəzi Bankda yeni şöbə yaradılıb, departamentin adı dəyişib
Bakıda maşın 60 yaşlı qadını vuraraq öldürüb
TDT Müsəlman dini liderlərinin 8-ci Görüşü Türkiyədə keçiriləcək
Allahşükür Paşazadə: Qarabağda bərpa-quruculuq işlərində TDT-yə üzv dövlətlər dəstəklərini əsirgəməyib
Əmtəə bazarlarında qızılın qiyməti yenidən 4 400 dollardan aşağı enib
Yol polisi yeni tədris ilinin başlanılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Nyu-York birjasında təbii qaz bahalaşıb
"Brent" neftinin qiyməti 107 dolları ötüb
FHN : Ötən həftə 412 yanğına çıxış olub, 41 nəfər xilas edilib - VİDEO
Bu günün valyuta məzənnələri
Azərbaycan Dövlət Rəqs Ansamblı İsveçrədə festivalda çıxış edib