Saatlı sakinindən küllü miqdarda narkotik götürülüb

Saatlı sakinindən küllü miqdarda narkotik götürülüb
# 15 iyul 2015 06:57 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Saatlı sakinindən küllü miqdarda narkotik vasitə olana çətənə kolları və qurudulmuş marixuana götürülüb.

Saatlı Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, "Xaşxaş-2015" şərti adı altında keçirilən növbəti əməliyyat tədbiri zamanı rayonun Qaranuru kənd sakini, 1963-cü il təvəllüdlü Sahibəli Sərxoş oğlu Rüstəmov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı həyətyanı sahəyə baxış zamanı narkotik tərkibli 93 ədəd çətənə kolu aşkar edilib. Bundan əlavə, adı çəkilən şəxsin yaşadığı mənzildən satış məqsədi üçün 2 litrlik balon və 18 ədəd kibrit qutusuna qablaşdırdığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-da cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR