İtaliyanın Verona şəhərində Azərbaycan musiqisi konserti keçiriləcək

İtaliyanın Verona şəhərində Azərbaycan musiqisi konserti keçiriləcək
# 28 avqust 2014 12:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Sentyabrın 12-də İtaliyanın Verona şəhərində Azərbaycan musiqisi konserti keçiriləcək.

Xalq artisti Mənsum İbrahimovun APA-ya verdiyi məlumata görə, o, konsertdə Aygün Bayramova və Azər Rzazadə ilə birgə çıxış edəcək. M.İbrahimovu tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət edəcək.

Konsertdə xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə İtaliyanın simfonik orkestri də çıxış edəcək.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR