Bakıda Vyetnam prezidentinin iştirakı ilə biznes forum keçiriləcək

Bakıda Vyetnam prezidentinin iştirakı ilə biznes forum keçiriləcək
# 08 may 2015 14:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Azərbaycan-Vyetnam biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, mayın 14-də Vyetnam Sosialist Respublikasının prezidenti Truonq Tan Sanqın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Vyetnam biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Biznes forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə baş tutacaq.

Biznes forumda neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank xidmətləri, kənd təsərrüfatı, səhiyyə, mebel, ticarət, xidmət, turizm və nəqliyyat xidmətləri, su təsərrüfatı, məişət texnikası, avadanlıq və əczaçılıq məhsullarının istehsalı sahələrində fəaliyyət göstərən 40-a yaxın Vyetnam şirkətinin iştirakı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR