MN: “Erməni tərəfinin yaydığı fotolarda əks etdirilən guya Türkiyə istehsalı olan TR 107 tipli raketlər Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yoxdur”

MN: “Erməni tərəfinin yaydığı fotolarda əks etdirilən guya Türkiyə istehsalı olan TR 107 tipli raketlər Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yoxdur”
# 26 avqust 2015 08:59 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. “Erməni tərəfinin yaydığı fotolarda əks etdirilən, guya Türkiyə istehsalı olan TR 107 tipli raketlər Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında ümumiyyətlə, yoxdur və bu səbəbdən də onların tətbiqi qeyri-mümkündür”.

Bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən deyiblər ki, Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında müxtəlif dövlətlərdən əldə edilmiş yüksək dəqiqliyə və güclü dağıdıcı qüvvəyə malik, o cümlədən 122, 160, 300 millimetr və bunlardan daha artıq kalibrli çox sayda yaylım atəşli reaktiv sistemlər var: “Biz dövlətlərarası sazişlərə əsasən dünyanın müxtəlif ölkələrindən istifadəsi qadağan olunmayan və məhdudiyyətlərin qoyulmadığı müasir texnika və silahları alaraq ordumuzu gücləndirdiyimizi gizlətmirik”.

Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan ordusu Ermənistan tərəfi cəbhədə vəziyyəti gərginləşdirməyə və təxribatlara əl atmağa cəhd göstərərsə, hər an işğalçını susdurmaq məqsədilə gücünü nümayiş etdirməklə istənilən silah-sursatı tətbiq etmək səlahiyyətindədir və bunun üçün hansısa xüsusi icazənin alınmasına ehtiyac yoxdur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR