Dow Jones indeksi 0,9%, S&P 500 1,3%, Nasdaq 0,9% yüksəlib

Dow Jones indeksi 0,9%, S&P 500 1,3%, Nasdaq 0,9% yüksəlib
# 03 may 2013 06:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 14 832 bəndədək, S&P 500 1,3% - 1 598 bəndədək, Nasdaq 0,9% - 3 341 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə əmək bazarından müsbət statistika səbəb olub. Belə ki, ötən həftə ərzində verilən işsizlik üzrə ilkin müraciətlərin sayı həftəlik müqayisədə azalaraq 5 illik minimuma çatıb.



Avropa fond bazarlarında mayın 2-də FTSE 100 indeksi 0,2% - 6 461 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 962 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 859 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 471,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3074 (+0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR