Litva kənd təsərrüfatı mütəxəssisləri Marneuliyə səfər ediblər - FOTOSESSİYA

Litva kənd təsərrüfatı mütəxəssisləri Marneuliyə səfər ediblər - <span style="color: red;">FOTOSESSİYA
# 06 noyabr 2014 19:12 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Litva kənd təsərrüfatı mütəxəssisləri azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər ediblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Litva mütəxəssislərinin səfərində məqsəd kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində yerli fermerlərə məsləhətləşmə xidməti barədə ətraflı məlumat verməkdir.

Marneuli rayon icra hakimiyyətinin iclas salonunda yerli fermerlər və Gürcüstanın kənd təsərrüfatı nazirliyinin mütəxəssislərinin iştirak etdiyi tədbirdə Kvemo Kartli və Kaxeti bölgəsində Litva kənd təsərrüfatı mütəxəssislərinin yerli fermerlərlə əlaqə və məsləhətləşmələr xidməti yaratmaq barədə məlumatlar verilib. Tədbirdə Litva mütəxəssislərinin kənd təsərrüfatı sahəsində əldə etdiyi təcrübə və peşəkarlıqdan söhbət açılıb. Sonra qonaqlar Marneuli rayon icra hakimiyyəti başçısı Merab Topçişvili ilə görüşərək bölgədə aqrar sektorunun inkişafı və perspektivləri istiqamətində fikir mübadiləsi aparıb, təkliflər dinlənilib.

Tədbirdə Gürcüstan kənd təsərrüfatı nazirinin müavini Qoça Çopuraşvili iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR