Biləsuvar Telekommunikasiya Qovşağının rəisi intihar edib - VİDEO

Biləsuvar Telekommunikasiya Qovşağının rəisi intihar edib - <span style="color: red;">VİDEO
# 25 sentyabr 2015 18:31 (UTC +04:00)

Biləsuvar Rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, “Aztelekom” İstehsalat Birliyinin Biləsuvar Rayon Telekommunikasiya Qovşağının rəisi, 35 yaşlı İlkin Mirilham oğlu Ağayev bu gün axşam saatlarında iş otağında özünü asaraq öldürüb.

İntiharın səbəbləri barədə hələlik hər hansı bir açıqlanma verilmir. Hadisə yerinə cəlb olunmuş rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

Qeyd edək ki, İ.Ağayev cəmi iki ay öncə Telekommunikasiya Qovşağının rəisi vəzifəsinə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR