Türkiyə və Azərbaycan arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində protokol imzalanıb - FOTO

Türkiyə və Azərbaycan arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində protokol imzalanıb - <span style="color: red;">FOTO
# 17 aprel 2015 12:24 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ankara şəhərində Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi ilə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, iclas çərçivəsində Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Türkiyənin əmək və əhalinin sosial müdafiəsi naziri Faruk Çelik arasında görüş olub.

Görüşdə Azərbaycanın Türkiyə və Makedoniyadakı səfiri Faiq Bağırov, Türkiyənin əmək və sosial müdafiə nazirinin müstəşarı Ahmet Erdem də iştirak ediblər.

F. Çelik Türkiyə və Azərbaycan arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın uğurla həyata keçirildiyini, əvvəllər imzalanan sənədlərdə nəzərdə tutulan istiqamətlər üzrə konkret işlərin aparıldığını, müsbət əməkdaşlıq təcrübəsinin əldə olunduğunu bildirib. O, qarşıdakı dövrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini, bu məqsədlə lazımi səyləri göstərəcəklərini qeyd edib.

S.Müslümov nazirliklər arasında müvafiq fəaliyyət sahələri üzrə həyata keçirilən əməkdaşlığın, qarşılıqlı məlumat və təcrübə mübadilələrinin səmərəli olduğunu bildirib. Nazir əlavə edib ki, bu əməkdaşlıq ölkələrimizdə əmək, əmək miqrasiyası, məşğulluq, əmək bazarının inkişafı, işçi qüvvəsinin keyfiyyətcə yüksəldilməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi sahələrində aparılan işlərdə öz faydasını verir.

S.Müslümov bildirib ki, Birgə Daimi Komissiyanın bu iclası qeyd olunan sahələrdə görülən işləri nəzərdən keçirməklə yanaşı, əlaqələrin genişləndirilməsi üçün müzakirələrin aparılmasına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinə də imkan yaradır.

İclasda aparılan müzakirələrin yekunu olaraq, F.Çelik və S.Müslümov əmək münasibətləri, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq istiqamətlərini əhatə edən protokolu imzalayıblar. Protokolda tərəflərin əmək münasibətləri, məşğulluq, sosial müdafiə sahələrindəki qanunvericilik və onun tətbiqinə dair dəyişikliklərlə bağlı bir-birlərini məlumatlandırmaqda davam edəcəkləri bildirilir. Sənəddə əmək və məşğulluğa dair qanunvericilik və onun tətbiqi, əmək fəaliyyətinin rəsmiləşdirilməsi formaları, qeyri-leqal məşğulluğun azaldılması sahəsində tədbirlər, üçtərəfli komissiyanın yaradılması, peşə bacarıqlarının artırılması, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində mövcud vəziyyətin tədqiqi, əməyin mühafizəsi normaları və standartları üzrə milli informasiya sisteminin yaradılması, əmək miqrasiyası proseslərinin tənzimlənməsi, sosial sığorta sisteminin təkmilləşdirilməsi və digər sahələrdə məlumat, təcrübə və mütəxəssis mübadiləsinin aparılması əksini tapır.

Eyni zamanda, Dövlət Əməyin Mühafizəsi Fondu və Dövlət Məşğulluq Fondunun yaradılması ilə bağlı təcrübənin öyrənilməsi, hər iki nazirliyin səlahiyyət dairəsində olan məsələlərə dair birgə tədbirlərin, layihələrin həyata keçirilməsi imkanlarının araşdırılması kimi istiqamətlər də protokolda yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR