Yaxın 4-5 ilə ARDNŞ mezozoy çöküntülərində qazmaya başlayacaq

Yaxın 4-5 ilə ARDNŞ mezozoy çöküntülərində qazmaya başlayacaq
# 13 aprel 2013 09:10 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.


Onun sözlərinə görə, hazırda bu çöküntülərdə xarici şirkətlərlə birgə tədqiqat işləri aparılır və 2-3 ilə müsbət nəticə əldə olunarsa, mezozoy çöküntülərində 4-5 ilə qazma işlərinə başlanıla bilər: «Bildiyiniz kimi, «Ümid», «Abşeron», «Zəfər», «Məşəl» və s. yataqları qaz-kondensat yataqlarıdır. Neft hasilatı üçün isə biz quruda yataqlar kəşf etməliyik və mezozoy çöküntülərində tədqiqat məhz bu səbəbdən aparılır».


X.Yusifzadə onu da bildirib ki, hazırda quruda yerləşən «Qoşa daş» perspektiv yatağında ikinci quyunun qazıntısına başlanılıb, quyunun birincisi müsbət nəticələr verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR