Latviyanın yeni prezidenti seçilib

Latviyanın yeni prezidenti seçilib
# 03 iyun 2015 18:05 (UTC +04:00)

Bakı-APA. Latviya Seymi (parlamenti) Raymonds Veyonisi ölkənin yeni prezidenti seçib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, gizli səsvermə zamanı onun namizədliyini 100 deputatdan 55-i dəstəkləyib.

Prezident postuna dörd namizəd iddialı olub. Onlardan 2-si koalisyon, daha 2-si isə müxalifət təmsilçiləri olub.

Prezidenti parlamentin seçdiyi Latviyada qələbə qazanmaq üçün 100 deputatdan ən azı 51-nin səsi tələb olunur.

Qeyd edək ki, bundan əvvəl R.Veyonis Latviyanın müdafiə naziri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR