Bişkekdə Azərbaycan musiqisinin mədəniyyəti günü keçiriləcək

Bişkekdə Azərbaycan musiqisinin mədəniyyəti günü keçiriləcək
# 12 mart 2015 01:26 (UTC +04:00)

Azərbaycanın Qırğızıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Qırğızıstanın dövlət rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və Qırğızıstanın kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edəcəklər. Tədbir Qırğız Respublikasının dövlət kanalı olan İctimai Televiziya və Radio Verilişləri Korporasiyası (KTRK) tərəfindən birbaşa yayımlanacaq.

Azərbaycanın və Qırğızıstanın görkəmli müğənnilərinin, Qırğız Respublikası Opera və Balet Teatrının solistlərinin ifası ilə Üzeyir Hacıbəyovun “Arşin mal alan” operettasından duetlər, burda yaşayan azərbaycanlıların “Azəri” Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs qruplarının, Qırğız-Türk “Manas” Universitetinin “Türk Dünyası Orkestrası”nın repertuarlarında olan Azərbaycan mahnıları ilə zəngin proqram tədbir iştirakçılarına nümayiş olunacaq. Həmçinin, tədbir zamanı Novruz bayramının Azərbaycanda necə qeyd olunması ilə bağlı tədbir iştirakçılarına səhnələr göstəriləcək və video materiallar təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR