“TuranBank” nizamnamə kapitalını artırır

“TuranBank” nizamnamə kapitalını artırır
# 29 may 2015 16:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İyunun 1-də Bakı Fond Birjasında “TuranBank” ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.

Birjadan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 3 mln. 386 manat, bir səhmin nominal dəyəri 1 082 manat, qiymətli kağızların miqdarı isə 2 773 ədəd təşkil edir.

Yerləşdirmədə anderrayter kimi «AzFinance İnvest» MMC çıxış edəcək.

Hazırda bankın nizamnamə kapitalı 47 mln. 002 min manatdır.

Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 6,38% artaraq 50 mln. 002 min 400 manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR