BDU-nun vyetnamlı məzunları ilə görüş keçirilib - FOTO

BDU-nun vyetnamlı məzunları ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 06 may 2015 10:06 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) müxtəlif illərdə bu ali təhsil ocağının hüquq, geologiya, fizika, riyaziyyat, şərqşünaslıq, kimya, biologiya fakültələrini bitirmiş vyetnamlı məzunlarla görüş keçirilib.

Universitetin mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, Vyetnam Parlamentinin üzvü, Milli Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini, Azərbaycan-Vyetnam Parlametlərarası dostluq qrupunun rəhbəri, BDU-nun hüquq fakültəsinin 1978-ci il məzunu general-leytenant, Tran Dinh Nhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü rektor, akademik Abel Məhərrəmov açıb. Bu günün BDU-nun həyatında əlamətdar tarixlərdən biri olduğunu deyən rektor bildirib ki, müxtəlif vaxtlarda universiteti bitirmiş vyetnamlı məzunların təhsil aldığı dövrdən uzun müddət keçsə də, onlar bizi unutmayıb, hər zaman ürəklərində Azərbaycan sevgisi, Bakı məhəbbəti yaşadıblar: “Vyetnamlı məzunlarımız Bakıda aldıqları diplomla Vyetnamda çox uğur qazanıb, orada hörmətli şəxslərə çevrilib, çox yüksək postlara və mükafatlara layiq görülüblər”.

Azərbaycan-Vyetnam əlaqələrindən danışan rektor bildirib ki, bugünkü görüş xalqlarımız arasında olan tarixi dostluğun bariz nümunəsidir.

Tran Dinh Nha öz növbəsində, BDU-da olmaqdan məmnunluqlarını ifadə edib, ölkələrarası münasibətlərin inkişafından razılığını bildirib.

Görüşdə biologiya fakültəsinin dekanı, professor Akif Quliyev və hüquq fakültəsinin kafedra müdiri Firudin Səməndərov keçmiş tələbələrilə bağlı xatirələrini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR