Gəncədə ev yanıb

Gəncədə ev yanıb
# 12 iyul 2015 07:33 (UTC +04:00)

Bakı - APA. Gəncə şəhərinin Nizami rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 65 kv.m.olan 1 mərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 35 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR