Bakı. Şəhriyar Əlizadə -APA. Ali Məhkəmədə Azərbaycanda prezidentə sui-qəsd hazırlamaqda və “Eurovision” ərəfəsində terror aktları həyata keçirməyi planlaşdırmaqda təqsirləndirilən Samir Sanıyev və digərlərinin kassasiya şikayətinə baxılıb.
Təqsirləndirilən şəxslərdən Mehdi Padarovun vəkili Fariz Namazlı APA-ya bildirib ki? şikayət təmin edilməyib.
F. Namazlı təqsirləndirilən şəxslərdən bir neçəsinin kassasiya şikayəti vermədiyini də bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 nəfər ömürlük, 13 nəfər 15 il, digərləri isə 9-10 il müddətinə azadlıqdan məhrum edilib.
Mehdi Padarova isə 10 il iş verilib.
Hökmdən verilən apellyasiya şikayəti də təmin edilməyib.