Şəfayət Mehdiyev küçəsinin təmirə bağlanan hissəsində nəqliyyatın hərəkəti bərpa olunub

Şəfayət Mehdiyev küçəsinin təmirə bağlanan hissəsində nəqliyyatın hərəkəti bərpa olunub
# 04 iyun 2015 16:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işləri çərçivəsində bağlı olan Akademik Şəfayət Mehdiyev küçəsinin Akim Abbasov küçəsinin kəsişməsindən Tbilisi prospektinin kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti tam olaraq bərpa olunub.

"Azəryolservis"dən “APA-Economics”ə verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində küçənin 1 200 metrlik hissəsinin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib, ümumilikdə 22 min kvadrat metr sahədə asfaltlanma işləri aparılıb.

Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub.

Qeyd edək ki, Akademik Şəfayət Mehdiyev küçəsinin ümumi uzunluğu 1700 metr, eni ortalama 18 metrdir. Ümumilikdə küçə boyu 30 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib, 3 min paqon-metr yeni səki daşı düzülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR