Saatlıda ev yanıb, 41 yaşında kişi yanaraq ölüb

Saatlıda  ev yanıb, 41 yaşında kişi yanaraq ölüb
# 06 iyun 2016 05:55 (UTC +04:00)

Bakı-APA. Saatlı rayonu, Xanlarkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu 1975-ci il təvəllüdlü Elşad Səyyah oğlu Əmirovun yanmış meyiti aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR