Göygöldə avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Göygöldə avtomobil aşıb, 2 nəfər xəsarət alıb
# 05 iyun 2016 10:59 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Toğanalı kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ2107” idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı iki nəfər, Toğanalı kənd sakini 1938-ci il təvəllüdlü Cəlil Rüstəmov və Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Müzəffər Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR