Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Fransa səfirliyini ziyarət edib

 Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Fransa səfirliyini ziyarət edib
# 17 noyabr 2015 15:15 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev Fransanın Kiyevdəki səfirliyini ziyarət edib.

APA-nın səfirliyə istinadən verdiyi məlumata görə, səfir İzabel Dümon ilə görüşən Nazim Əliyev 13 noyabr tarixində Parisdə törədilmiş terror aktlarında dinc sakinlərin həyatını itirməsi və çox sayda insanın zərər çəkməsi ilə bağlı başsağlığı verib. O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycan xalqının terror qurbanı olduğunu, bu səbəbdən terrorizmin hər cür təzahürünə nifrətlə yanaşıldığını diqqətə çatdırıb. İzabel Dümon ziyarətə və başsağlığına görə minnətdarlığını bildirib.

N. Əliyev səfirlikdə açılmış kitaba da öz qeydini edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR