FHN əməkdaşları Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş iki nəfəri xilas ediblər

FHN əməkdaşları Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş iki nəfəri xilas ediblər
# 07 dekabr 2014 14:47 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşmiş iki nəfəri xilas ediblər.

Nazirlikdən APA-ya verilən məlumata görə, Lənkəranda motorlu qayıqla dənizə çıxmış 2 nəfər batma təhlükəsi ilə üzləşib.

Hadisə barədə nazirliyin qaynar xəttinə məlumat daxil olan kimi dərhal dalğıc-xilasedicilər hadisə yerinə cəlb olunub.

Batmaq təhlükəsi ilə üzləşənlər xilas ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR