Naxçıvanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə sədr müavini təyin edilib

Naxçıvanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə sədr müavini təyin edilib
# 06 iyul 2015 11:06 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Naxçıvan Muxtar Respublikasında yeni yaradılan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə sədr müavini təyin edilib.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Nizami Məmmədov Dövlət Komitəsinin sədr müavini təyin edilib.

Qeyd edək ki, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi V. Talıbovun sərəncamı 19 may tarixli ilə sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasında yaradılıb. İyunun 22-də V. Talıbovun sərəncamı ilə Müslüm Cabbarzadə Dövlət Komitəsinin sədri təyin edilib. M. Cabbarzadə buna qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin iqtisadi məsələlər üzrə müşaviri olub. Dövlət Komitəsinə sədr müavini təyin edilən Nizami Məmmədov isə bundan əvvəl ləğv edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR