Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 3 şəxs xilas edilib

Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 3 şəxs xilas edilib
# 23 iyun 2015 21:59 (UTC +04:00)

Bakı-APA. Bakıda və Abşeronda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 3 şəxs xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisələr paytaxtın Xəzər və Sabunçu rayonlarında, habelə Abşeron rayonunda qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR