Ceyhun Bayramov: “Bakı Asiya Universitetinin köçürülən tələbələri ya əvvəlki qədər, ya da ondan aşağı məbləğdə təhsil haqqı ödəməlidirlər”

Ceyhun Bayramov: “Bakı Asiya Universitetinin köçürülən tələbələri ya əvvəlki qədər, ya da ondan aşağı məbləğdə təhsil haqqı ödəməlidirlər”
# 18 sentyabr 2015 14:02 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.


Nazir müavini bildirib ki, Bakı Asiya Universitetinin tələbələrinin köçürüldüyü universitetlərdən birinin təhsil haqqı çox yüksək olduğundan köçürülmə zamanı Təhsil Nazirliyinin müvafiq şöbəsi universitet rəhbərliyi ilə danışıqlar aparıb: “Həmin universitet öhdəlik götürdü ki, köçürülən tələbələr Bakı Asiya Universitetində ödədikləri təhsil haqqını burada da ödəyəcəklər. Təhsil haqqının artırılmasından söhbət gedə bilməz”.

C. Bayramov qeyd edib ki, Bakı Asiya Universiteti yenidən lisenziyanın artırılması üçün Təhsil Nazirliyinə müraciət etməyib: “Təbii ki, gələcəkdə müraciət olarsa, nazirlik buna baxa bilər. Onu da qeyd edim ki, Bakı Asiya Universiteti təhsil müəssisəsi kimi qeydiyyatdan keçib və heç bir sənədi ləğv olunmayıb. Sadəcə, onun fəaliyyət göstərməsi üçün 5 illik lisenziya lazımdır. Həmin lisenziyanın vaxtı bitib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR