İnam Kərimov: “ASAN xidmət” korrupsiyadan tam azad mühit yaradır”

İnam Kərimov: “ASAN xidmət” korrupsiyadan tam azad mühit yaradır”
# 02 may 2015 08:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) tərəfindən vətəndaşlara 250 mindən çox xidmət göstərilir.

APA-Economics”in xəbərinə görə, bunu Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində “Azərbaycan 2020-ci il: “Qabaqcıl və Çoxşaxəli İqtisadiyyata doğru” konfransda Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 8 “ASAN xidmət” mərkəzi var. Bununla yanaşı, ölkənin bir çox regionunda səyyar xidmət mərkəzləri fəaliyyət göstərir.

İ. Kərimov “ASAN xidmət”in fəaliyyətini korrupsiyaya qarşı mübarizədə yaxşı alət adlandırıb: “Xidmətin fəaliyyəti korrupsiyanı azaldır. Biz 100% korrupsiyadan azad xidmət mühiti yaradırıq. Korrupsiya - bir çağırışdır. Bu cür çağırış artıq bizim üçün mövcud deyil, biz bu çağırışı keçmişdə qoymuşuq. Hazırda “ASAN xidmət”in fəaliyyətində səmərəliliyin gücləndirilməsi düşünürük. Xidmət istifadəçilərinin məmnunluq səviyyəsi 83-89%-ə çatıb. Xidmətimizdən ictimai gözləntilər gündən-günə güclənir. Bu, birbaşa xidmətlərin səmərəliliyi ilə əlaqədardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR